Valideyn iclası

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçiriləcək monitorinq ilə əlaqədar olaraq, 6 və 9-cu siniflərin valideynləri ilə oktyabrın 27-də valideyn iclası keçirildi. İclasda məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün həyata keçirilən tədbirlərdən söz açaraq valideynləri daha sıx əməkdaşlığa dəvət etdi. Valideynləri 6 və 9-cu siniflərdə keçirilən diaqnostik imtahanın nəticələri ilə tanış etdi. Aşağı nəticə göstərən şagirdlər üçün təşkil olunmuş dərsdənkənar məşğələlər haqqında məlumat verdi.Daha sonra 9-cu siniflərdə Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə təlim nəticələrinin artırılması məqsədi ilə təşkil olunmuş risk qruplarına əlavə edilmiş şagirdlərin valideynləri ilə məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən söhbət aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi