"Hinal qartalı" sənədli filminin təqdimatı

Oktyabrın 26-da Nizami Kino Mərkəzində Vətən müharibəsi şəhidi Ağacavad Mütəllimzadəyə həsr olunmuş "Hinal qartalı" sənədli filminin təqdimatı keçirildi. Tədbirdə ictimaiyyət nümayəndələri, şəhid ailələri həmçinin 209 nömrəli tam orta məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edirdi. Bildirildi ki, Vətənimiz uğrunda mübarizədə canlarından keçən oğullarımızdan biri də İkinci Qarabağ müharibəsi şəhidi Ağacavad Mütəllimzadədir. Sənədli filmin təqdimatının məhz Vətən müharibəsinin üçüncü ildönümü günlərinə təsadüf etməsini yüksək qiymətləndirən çıxışçılar bununla Ağacavad Mütəllimzadənin timsalında bütün şəhidlərin xatirəsinin yad olunduğunu qeyd edib, qəhrəman oğulların şərəfli həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışdılar. Sonra “Hinal qartalı” filmi nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi