44 günlük Vətən müharibəsi iştirakçıları ilə görüş

Oktyabrın 24-də məktəbin tarix müəllimi Mehriban Poladova tərəfindən "8 Noyabr-Zəfər Günü" münasibətilə 44 günlük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. 44 günlük Vətən müharibəsində canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə qonaq qismində məktəbimizin məzunları, İkinci Qarabağ müharibəsinin iştirakçıları Nəcəfov Əbdül, Kərimov İbrahim və Rəhimov Nadir iştirak edirdi. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Prezidenti, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə parlaq Qələbə qazanıldığını vurğuladı. O, şanlı Zəfərin qazanılması uğrunda canından keçən Vətən övladlarının xatirəsinin xalqımız tərəfindən ən yüksək hörmət və ehtiramla anıldığını qeyd etdi. Bildirdi ki, Azərbaycan Vətən müharibəsində parlaq Qələbə qazanmaqla qəhrəmanlıq salnaməsinin ən unudulmaz tarixini yazdı. Bu tarixi yazan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun əsgəri və zabitləridir. Daha sonra tədbirdə çıxış edən müharibə iştirakçıları 44 günlük Zəfər yolundan danışaraq, ən ağır döyüşlərdə belə şəxsi heyətin əhvali-ruhiyyəsinin, döyüş əzminin yüksək olduğunu vurğulayıb, Ordumuzun qəhrəmanlıq nümunələrindən danışdılar. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi