"Ölümsüzlüyə qovuşan qəhrəman"

Fevralın 7-i Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Mübariz İbrahimovun anadan olduğu gündür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 18.06.2010-cu il tarixində Mübariz İbrahimov qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı (ölümündən sonra) verilib. Mübariz İbrahimovun xatirəsi 209 №li tam orta məktəbdə də anıldı. Məktəbin direktoru Arizə xanım Mahmudova qeyd etdi ki, Mübariz İbrahimov ölümün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut etmişdir. O, öz şücaəti və qəhrəmanlığı ilə 2010-cu ilin 18 iyununda Azərbaycanın şərəf və qəhrəmanlıq tarixinə adını qızıl hərflərlə yazmışdır. Dəyirmi masada məktəbimizin azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədov Əlihəsən çıxış edərək, Mübariz İbrahimovun şərəfli ömür yolundan söz açıb şagirdlərə məlumat verdi. Daha sonra qəhrəmanın həyatından çəkilmiş video rolik şagirdlərə nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi