Pedoqoji şuranın növbəti iclası keçirildi
03.02.2017-ci il tarixdə məktəbimizdə pedoqoji şuranın növbəti iclası keçirildi. İclasda I yarımilin yekunları müzakirə edilib. Böyük summativ qiymətləndirilmələrdə müvəffəq və qeyri-müvəffəq qiymət almış şagirdlərin nəticələri müəllimlərə bildirilib və qeyri-müvəffəq qiymət almış şagirdlər ilə daha çox məşğul olmaları tapşırılıb. Fevral ayında məktəbdə Ekoloji aylıqlar layihəsi çərçivəsində "Mədəniyyət və İncəsənət, Azərbaycan tarixi və etnoqrafiyası" aylığına start verilib. Müəllimlər aylıq üçün nəzərdə tutulan tədbirlər planı ilə tanış edilib və məlumatlandırılıb.