44 günlük Vətən müharibəsi şəhidi Səmədov Məhərrəm Elxan oğlunun Anım günü

Məktəb rəhbərliyi, müəllim və şagird heyəti daim şəhidlərimizi yad edir və onların ailələrini ziyarət etməkdə davam edirlər. Oktyabrın 24-də məktəbimizin məzunu, 44 günlük Vətən müharibəsi şəhidi Səmədov Məhərrəm Elxan oğlunun Anım günü ilə əlaqədar olaraq, məktəb rəhbərliyi, bir qrup müəllim və şagird heyəti şəhidin məzarını ziyarət edib, onun xatirəsini böyük ehtiramla yad etdilər. Anım tədbirində Maştağa qəsəbə İcra nümayəndəliyinin rəhbərliyi, 209 nömrəli məktəbin rəhbərliyi, rayon ictimaiyyəti nümayəndələri iştirak edirdilər. Tədbirdə şagirdlər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin məzarı üzərinə qərənfillər qoydular və vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi