İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn şəhid Mütəllimzadə Ağacavadın anım günü

Oktyabrın 22-də Sabunçu rayonunun Maştağa qəsəbə sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn şəhid Mütəllimzadə Ağacavadın anım günü Maştağa qəsəbəsinin Şəhidlər Xiyabanında şəhidin məzarı önündə qeyd olundu. Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzüldü. Tədbirdə çıxış edən məktəbin direktoru Səbahət Ağayeva şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdı. Həmçinin, bildirdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad edib. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır. Şəhidin anım gününə həsr olunmuş tədbirdə məktəbin 5 b sinfinin şagirdləri iştirak ediblər. Tədbirdə şagirdlər şəhidin keçdiyi həyat yolundan çıxışlar edərək, vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi