"Düşünən şagird" layihəsi
Oktyabrın 20-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 26 sentyabr 2023-cü il F 320 nömrəli əmri ilə təsdiq edilmiş "Düşünən şagird" layihəsinin məktəb mərhələsi keçirildi. Müsabiqədə yaradıcılıq imkanları yüksək, İKT bacarıqlarına malik və eyni zamanda Azərbaycan dili qrammatikasını yaxşı bilən şagirdlər iştirak etdilər. İştirakçılar arasında ən uğurlu hekayə yazan şagirdin nümunəsi məktəbimizi müsabiqənin şəhər mərhələsində təmsil edəcəkdir. Müsabiqənin gedişi məktəb rəhbərliyi tərəfindən izlənilmiş, şagirdlərimizə uğurlar arzulanmışdır. Müsabiqənin məktəb mərhələsinin nəticələri yaxın günlərdə açıqlanacaqdır.