"Müasir dərsin quruluşu", "Dərsin təlim nəticələri" təqdimatları əsasında seminar

Oktyabrın 19-da məktəbin direktoru Səbahət Ağayevanın rəhbərliyi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə tərəfindən məktəbə təqdim olunan "Müasir dərsin quruluşu", "Dərsin təlim nəticələri" təqdimatları əsasında pedoqoji heyət və yeni işə qəbul olunmuş müəllimlər üçün seminar keçirildi. Seminarda məktəbin inzibati və pedoqoji heyəti iştirak edirdi. Seminarda verilən suallar ətrafında müəllimlər ilə fikir mübadiləsi aparıldı və onları maraqlandıran suallar cavablandırıldı. Yeni işə qəbul olunmuş müəllimlərə müasir dərsin addımları izah olundu. Məktəbin Fəaliyyət planına əsasən fənnlər üzrə rəhbərlik tərəfindən dərslərin dinlənilməsi prosesinin davam etdiyi pedoqoji heyətin nəzərinə çatdırıldı.Dərslərin dinlənilməsində məqsəd dərsin müasir təlim metodlarına uyğunluğunu dəyərləndirməkdən ibarət olduğu bildirildi. Seminarın keçirilməsində məqsəd məktəbin pedoqoji heyətinin müvafiq sahə üzrə bilik və bacarıqlarının yüksəldilməsi olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi