UNUTMAYAQ!

Bu gün Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 23 il ötür. Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə 193 nəfər soydaşımız şəhid olub, 165 nəfər yaralanıb, 58 nəfər əsir düşüb və girov götürülüb. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtmaqla yanaşı, təhsil və səhiyyə ocaqlarını xarabazara döndəriblər. Şuşada dövlət tərəfindən qorunan 279 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb. Şuşanın işğalı zamanı yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb. Şuşanın işğalı nəticəsində təxminən 22 minə yaxın insan qaçqın düşüb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi