"Xarici dil aylığı"na həsr olunmuş tədbirlər

Cari ilin yanvar ayı məktəbimizdə “Xarici dil” aylığı kimi qeyd olunur. Bildiyiniz kimi məktəbimizdə ingilis, fransız, rus və fars dilləri tədris edilir. Xarici Dil Aylığı müxtəlif mövzuları əhatə edən plakat və divar qəzetlərini təqdim etməklə işə başladı. Yanvar ayı üçün nəzərdə tutulan tədbirlər planına əsasən, 26.01.2017-ci il tarixdə aylıq ilə əlaqədar olaraq, tədbir keçirildi. Tədbirdə ingilis, fransız və rus dillərində şagirdlər tərəfindən müxtəlif səhnəciklər nümayiş etdirildi. Tədbir zamanı VI a və VI b sinif şagirdləri arasında ingilis dili fənnindən viktorina keçirildi. Viktorinada VI b sinifinin komandası qalib gəldi. Məktəbin direktoru Mahmudova Arizə məktəbin ingilis dili, fransız dili və rus dili müəllimlərinə və şagirdlərinə fənn aylığında fəal iştirak etdiklərinə görə təşəkür etdi və onların işlərindən böyük zövq aldığını qeyd etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi