“18 oktyabr - Müstəqilliyin Bərpası Günü"

Oktyabrın 18-də məktəbdə ilk dərslər Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının otuz ikinci ildönümünə həsr olundu. Dərslərdə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi gününün tarixi əhəmiyyətindən, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən, Heydər Əliyevin dərin siyasi kursunu, yüksək amallarını layiqincə yaşadan və davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Respublikamızın bütün sahələrində qazanılmış nailiyyətlərindən danışıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi