Vətən müharibəsi şəhidi Rzayev Aslanın anım günü

Maştağa qəsəbəsinin Vətən müharibəsi şəhidi Rzayev Aslanın anım günü ilə əlaqədar olaraq, oktyabrın 13-də məktəb rəhbərliyi və bir qrup müəllim heyəti şəhidin məzarını ziyarət etdilər. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, Rzayev Aslanın valideyninə belə qəhrəman, igid oğul böyütdüyünə görə minnətdarlıq edib və ona səbir dilədi. Dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canını fəda edən, qorxmadan ölümə gedən cəsur vətən övladlarımızın xatirəsinin hər zaman əziz tutulacağını bildirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən, əsgər və zabitlərimizin şücaətindən danışdı. Bütün şəhidlərimizin hər zaman xalqımızın qəlbində yaşayacağını, onların ailələrinin dövlətə əmanət olduğunu diqqətə çatdırdı. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin məzarı üzərinə qərənfillər qoyuldu və əziz xatirəsi yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi