"Zəfər Günü"nə həsr olunmuş seminar

Oktyabrın 10-da məktəbin tarix müəllimi Zaur Mustafayev və 8 c sinif şagirdlərinin iştirakı ilə "Zəfər Günü"nə həsr olunmuş seminar keçirildi. Seminarda Zaur Mustafayev tərəfindən torpaqlarımızın işğaldan azad edilməsinin tarixi əhəmiyyəti, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə haqqında geniş danışıldı. 8 c sinif şagirdləri şəhidlərimiz, qazilərimiz haqqında geniş məlumatlar səsləndirdilər. Qeyd edildi ki, 2020-ci il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. Xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən bu qələbə tariximizin zəfər salnaməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi