Maştağa qəsəbəsinin Vətən müharibəsi şəhidi Babayev Rəşadın anım günü
Maştağa qəsəbəsinin Vətən müharibəsi şəhidi Babayev Rəşadın anım günü ilə əlaqədar olaraq, oktyabrın 10-da məktəb rəhbərliyi, bir qrup müəllim və şagird heyəti şəhidin məzarını ziyarət etdilər. Anım tədbirində Maştağa qəsəbə İcra nümayəndəliyinin rəhbərliyi, 209 nömrəli məktəbin rəhbərliyi, şəhid ailələri və rayon ictimaiyyəti nümayəndələri iştirak edirdilər. Şagirdlər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin məzarı üzərinə qərənfillər qoydular və vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər. Həmçinin Maştağa qəsəbə Şəhidlər xiyabanı da ziyarət olundu, şəhidlərimizin unudulmaz xatirəsi şagird və müəllimlərimiz tərəfindən hörmət və ehtiramla yad edilir.