“SƏRHAM” MMC Bakıxanov çörək zavoduna ekskursiya

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində məktəbimizin işlənib, hazırlanmış fəaliyyət planına uyğun olaraq, “Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində Novruzova Könülün rəhbərliyi ilə məktəbimizin şagirdlərinin “SƏRHAM” MMC Bakıxanov çörək zavoduna ekskursiyası təşkil olunmuşdur. “SƏRHAM” MMC Bakıxanov çörək zavodunda icraçı direktoru, biologiya elmləri namizədi Bağırov Elman tərəfindən şagirdlərə iqtisadiyyatın fəaliyyəti, formaları haqqında məlumat verilmişdir. Zavodun yaranma tarixi ilə ekskursiya iştirakçılarını tanış edib. O qeyd edib ki, “Burada istehsal olunan “Sərham MMC” çörəkləri qısa bir müddətdə Azərbaycan bazarında özünə yer tapa bilib. Müəssisədə istehsal olunan çörək ölkənin bütün bölgələrinə satılır. Şagirdlərimiz laboratoriyada unun keyfiyyətinin yoxlanılması prosesində iştirak ediblər. Məktəbimizin məzunu olmuş müəssisənin texnoloqu Xəlilov İlham tərəfindən də şagirdlərə məlumat verilmişdir. Ekskursiyanın təşkil olunmasında məqsəd şagirdlərdə iqtisadiyyata, təbiətə maraq oyatmaq və sərvətlərdən düzgün istifadə etməyi öyrətməkdir. Zavodda ekskursiyanın sonunda iştirakçılara “özünəməxsus” hədiyyə paketləri təqdim olunub. Çox maraqlı gəzinti şagirdlərin böyük marağına səbəb olub. Şagirdlərimizi çox yüksək səviyyədə qəbul etdiklərinə görə “SƏRHAM” MMC Bakıxanov çörək zavodunun rəhbəri Rasim Nəbiyevə dərin minnətdarlığımızı bildiririk!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi