"Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili“ layihəsi
“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Bakı şəhəri, Sabunçu rayonu Maştağa və Nardaran qəsəbələrində "Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili“ layihəsinin 209 nömrəli tam orta məktəbdə təqdimat mərasimi keçirildi. Təqdimatda "Oriqami” uşaq və yeniyetmələr ictimai birliyinin rəhbəri Namiq Nəcəfov, məktəbin rəhbərliyi və pedoqoji heyəti iştirak edirdi. Tədbirdə Namiq Nəcəfov tərəfindən layihənin təşkili ilə bağlı bütün məlumatlar pedoqoji kollektivin nəzərinə çatdırıldı. Sonda məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, layihənin həyata keçirilməsinə görə "Oriqami” uşaq və yeniyetmələr ictimai birliyinin rəhbəri Namiq Nəcəfova və digər təşkilatçılara öz dərin minnətdarlığını bildirdi.