44 günlük Vətən müharibəsi şəhidi Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Abdullazadə Həsənağanın məktəbdə anım tədbiri

"27 sentyabr Anım günü" ilə əlaqədar olaraq, məktəbin 3 c sinfinin adını daşıdığı 44 günlük Vətən müharibəsi şəhidi Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Abdullazadə Həsənağanın məktəbdə anım tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlandı. Abdullazadə Həsənağa və onun timsalında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 3 c sinif şagirdlərinin iştirakı ilə “Şərəfli ölümün adıdır-şəhid” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Tədbirdə qonaq qismində şəhidin anası iştirak edirdi. Tədbirdə Abdullazadə Həsənağanın həyatından, təhsil illərindən, onun vətənə bağlılığından bəhs olundu. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək bildirdi ki, Vətən üçün fədakarlıq göstərən, bu yolda şəhid olan bütün igid oğullar xalqımızın qəlbində əbədi yaşayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi