Sentyabrın 27-də 209 nömrəli tam orta məktəbdə ilk dərslər 27 sentyabr -Anım gününə həsr olundu.

Ötən tədris ilində məktəbimizin hər sinfinə 44 günlük Vətən müharibəsində canlarından keçmiş qəhrəman şəhidlərimizin adları verilmişdir. Bu gün məktəbdə keçirilən ilk dərslərdə şəhidlərin anaları öz övladlarının adına verilən siniflərin ilk dərslərində iştirak etdilər. İlk dərslərdə Vətən müharibəsində və eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 27 sentyabr 2020-ci il tarixdə Erməni işğalçılarının Azərbaycan torpaqlarında törətdikləri növbəti təxribatın qarşısının alınması məqsədilə müzəffər ordumuzun əks-hücum əməliyyatı nəticəsində uzun illər düşmən işğalında olan torpaqlarımızın azad edilməsindən danışıldı. Həmçinin Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində “Dəmir yumruq” kimi birləşərək, qazandığı şanlı Zəfərin tarixi əhəmiyyəti qeyd olundu. "27 sentyabr Anım günü"nü məktəb kollektivi və şagirdləri ilə birlikdə qeyd etdiklərinə görə Maştağa qəsəbəsinin 44 günlük Vətən müharibəsində canlarından keçmiş qəhrəman şəhidlərimizin analarına dərin təşəkkürlərimizi bildiririk!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi