Maştağa qəsəbəsində yerləşən Şəhidlər xiyabanına ziyarət

Sentyabrın 27-də məktəb rəhbərliyi, şəhid anaları, bir qrup müəllim və şagirdlərin iştirakı ilə 27 Sentyabr "Anım günü" ilə əlaqədar Maştağa qəsəbəsində yerləşən Şəhidlər xiyabanına ziyarət təşkil olundu. Ziyarətin təşkil olunmasında məqsəd Azərbaycanın şanlı ordusunun qüdrətini, qələbə əzmini, vətənpərvərlik ruhunu, qazandığı zəfəri şagirdlərə bəyan etmək, onlarda vətən sevgisini daha da dərinləşdirməkdir. Ziyarət zamanı torpaqlar uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının ruhları sükutla yad edildikdən sonra şagirdlər orduya aid şeirlər söyləyib, çıxışlar nümayiş etdirdilər.

Qəbriniz nurla dolsun qeyrətli Vətən oğulları!

#QarabağAzərbaycandır

#KarabakhisAzerbaijan

#AnımGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi