"Zəfərə gedən yol"

"27 sentyabr – Anım Günü" ilə əlaqədar olaraq, sentyabrın 27-də məktəbdə "Zəfərə gedən yol" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Maştağa qəsəbəsinin 44 günlük Vətən müharibəsində canlarından keçmiş qəhrəman şəhidlərimizin valideynləri iştirak edirdi. Tədbir iştirakçıları öncə məktəbin həyətində şagirdlərin hazırladıqları kompozisiyanı izlədilər. Məktəbin direktoru Səbahət Ağayeva Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun düşmənə sarsıdıcı zərbələr vurmasından, 30 ilə yaxın müddətdə işğal altında saxlanan torpaqlarımızın azad olunmasından bəhs etdi. 27 sentyabr –Anım Gününün əhəmiyyətindən danışan direktor Vətən müharibəsində şəhid olan igidlərimizin ruhunu dərin hörmət və ehtiramla andığını, onların ruhu qarşısında baş əydiyini və torpaq uğurunda canından keçən şəhidlərimizin xatirəsini yaşatmaq hər birimizin borcu olduğunu bildirdi.

#QarabağAzərbaycandır

#KarabakhisAzerbaijan

#AnımGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi