Sinif rəhbərlərinin ümumi iclası

Sentyabrın 20-də məktəb rəhbərliyinin iştirakı ilə sinif rəhbərlərinin ümumi iclası keçirildi. Məktəbin direktoru Səbahət Ağayeva tərbiyə işinin səmərəli təşkili, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, məktəbdə sağlam psixoloji mühitin qorunub saxlanılması barədə danışdı. Sinif rəhbərlərinə məktəbdə baş verə biləcək xüsusi halların qarşısının alınması, təlim-tərbiyə prosesinin keyfiyyətinin artırılması, şagirdlərin şəxsiyyət kimi formalaşdırılması, istiqamətində fəaliyyətlərini gücləndirməyi tövsiyə etdi.

İclasda həmçinin aşağıdakı mövzulara toxunulmuşdur:

- Davamiyyət

- 2023/2024-cü tədris ilində tədrisin keyfiyyəti

- Diaqnostik qiymətləndirmə

- Şagirdlərlə iş

- Şagirdlərin təlim-tərbiyəsi ilə bağlı digər məsələlər.

İclas zamanı bir neçə sinif rəhbərlərinin çıxışı dinlənildi. Sonda qarşılıqlı fikir mübadiləsi aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi