Sentyabrın 12-də Sabunçu rayonu Maştağa qəsəbəsində “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili” layihəsinin icrası davam edir.

“Oriqami“  uşaq və yeniyetmələr İctimai Birliyinin sədri, layihə rəhbəri Namiq Nəcəfov QHT.az-a bildirib ki, layihənin Fəaliyyət Planına uyğun olaraq Kamal Məmmədov adına 209 № li tam orta məktəbdə layihə çərçivəsində layihə iştirakçıları ilə məktəbin idman zalında yeniyetmə velosipedçilərlə praktik məşğələ keçirilib: “Məktəblilərə nümayiş etdirmək məqsədi ilə masaların üstünə fərdi qoruyucu dəstlər, loqolu çap və istehlak malları qoyulub, məşğələnin mövzüsu toplaşanlara bildirilib. Tədbirdə, fiziki tərbiyə müəllimləri N.Quliyev, M.Mehdiyev, məktəbin təşkilatçısı  psixoloq S.Muradova iştirak ediblər”. Fiziki tərbiyə müəllimləri M.Mehdiyev, N.Quliyev fərdi qoruyucu dəstdən istifadə qaydalarını izahlı şəkildə,  ardıcıllıqla yeniyetmələri  bildirdilər,  yeniyetmələrin suallarını cavab veriblər. Layihə iştirakçısı Əliyev Mirzəağa, fərdi təhlükəsizlik dəstini geyindi və idman zalında velosipedlə kiçik bir dairə sürərək velosipedçi geyimini nümatiş etdirib. Qeyd edək ki, məşğələ maraqlı və canlı keçib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi