“Oriqami“ uşaq və yeniyetmələr ictimai birliyi 2023-cü ildə təşkil etdiyi kiçik qrant müsabiqəsi çərçivəsində Sabunçu rayonu Maştağa və Nardaran qəsəbələrində “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili” layihəsinin icrası d
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin Fəaliyyət Planına uyğun olaraq sentyabrın 5-də 2023-cü il tarixində Sabunçu rayonu Maştağa qəsəbəsi Kamal Məmmədov adına 209 № li tam orta məktəbdə layihə iştirakçıları ilə Anket-Sorğusu keçirildi: “Könüllülük prinsipi əsasında, şəxsi həvəs və idmana olan maraqlarına uyğun olaraq, bir qrup velosipedli məktəbli K.Məmmədov adına 209 №li tam orta məktəbin həyətinə toplaşıb. Təklif olundu ki, yeniyetmə velosipedçilərlə məşğuliyyət məktəbin həyətində, açıq hava altında keçirilsin. Bu məqsədlə, həyətin bir hissəsində, improvizə edilmiş açıq sinif otağı hazırlandı, məktəblilər, böyük həvəslə, layihə iştirakçıları üçün hazırlanmış zəruri ləvazimatları, stol və stulları guşəyə topladılar və məşğələ başlandı. Məktəblilərə nümayiş etdirmək məqsədi ilə masaların üstünə fərdi qoruyucu dəstlər, loqolu çap və istehlak malları qoyulmuşdu. İmprovizə edilmiş bu güşədə 15 nəfər iştirakçının hər birinə dəftərxana qovluqları - dəftərçə, qələm və Anket-Sorğusu vərəqləri paylanıb. Layihə rəhbəri N.Nəcəfovun giriş sözündən və məşğələnin mövzüsünü toplaşanlara bildirəndən sonra məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, məktəbliləri layihədə aktiv iştiraka çağırdı. Tədbirdə, fiziki tərbiyə müəllimləri N.Quliyev, M.Mehdiyev, məktəbin təşkilatçısı V.Rəsulova, psixoloq S.Muradova, UBTR T.Əliyeva iştirak ediblər. Qeyd edək ki, Anket-Sorğusu keçirilərkən fiziki tərbiyə müəllimi M.Mehdiyev məktəblilərə qaydaları izah edir, suallarını cavablandırır, onları istiqamətləndirir və fərdi təhlükəsizlik barədə qaydaları bir daha yeniyetmələrə xatırladıb. Layihə iştirakçıları Anket-Sorğusunu ayrılmış 20 dəqiqə vaxt ərzində cavablandırıblar.