4”B” sinfinin buraxılış tədbiri

Məktəbdə iyun ayında şəhid Mütəllimzadə Ağacavadın adını daşıyan 4”B” sinfinin buraxılış tədbiri keçirilmişdr. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və Maştağa qəsəbəsinin 44 günlük Vətən müharibəsinin şəhidi Mütəllimzadə Ağacavadın valideyni iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı və 44 günlük Vətən müharibəsində canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İlk söz məktəbin direktoru Səbahət Ağayevaya verildi. Səbahət Ağayeva çıxış edərək, buraxılış sinfinin şagirdlərini və müəllimini ürəkdən təbrik edib, onlara növbəti təhsil pilləsində uğur arzuladı. Tədbir şagirdlərin maraqlı ifaları, rəqs nümunələri, mövzuya uyğun şeir parçaları, səhnəcikləri ilə davam etdirildi. Buraxılış tədbirinin ən yaddaqalan hissəsi 4 b sinif şagirdlərinin şəhid Mütəllimzadə Ağacavadın çəkilmiş rəsminin valideyninə təqdim olunması idi. Tədbirin sonunda valideynlər, müəllimlər, direktor müavinləri çıxış etdi, öz ürək sözlərini deyərək təbrik etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi