Pedaqoji Şuranın növbəti iclası
İyunun 23-də məktəbin fəaliyyət planına uyğun olaraq, Pedaqoji Şuranın növbəti iclası keçirildi. Pedaqoji Şuranın iclası məktəbin direktoru Səbahət Ağayevanın çıxışı ilə başladı. O pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı. İclasda tədris ilinin yekunları müzakirə edildi. Buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən keçirilən böyük summativ qiymətləndirmə və monitorinqlərin nəticələri müzakirə edildi. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi. Bununla yanaşı 2022/2023-cüdərs ilində məktəbin və şagirdlərinin qazandığı nailiyyətlər pedaqoji heyətin nəzərinə çatdırıldı. İclasda direktor və direktor müavinləri ilə yanaşı məktəbin kitabxana müdiri və psixoloqunun da çıxışları dinlənildi. Metodbirləşmələrin və məktəbdənkənar işlərin fəaliyyəti təhlil olunmuş və lazımi göstərişlər verildi. Eyni zamanda yeni tədris ili üçün qarşıda duran vəzifələr haqqında müzakirələr aparılaraq, müvafiq qərarlar qəbul edildi. Ömrünü şagirdlərinin təlim-tərbiyəsinə həsr etmiş 65 yaşı tamam olan ibtidai sinif müəllimi Əliyeva Kəmalə müəlliməyə iclasda məktəb rəhbərliyi və kollektivi tərəfindən təşəkkürnamə təqdim olundu. Kəmalə müəlliməyə uzun ömür və can sağlığı arzu arzulayırıq.