"1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü"

"1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü" ilə bağlı məktəbdə 2 c, 4 b və 4 c sinif şagirdlərinin iştirakı ilə möhtəşəm tədbir keçirildi. Uşaqlar çıxışlarında qeyd etdilər ki, "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü" müharibələrə yox deyərək, uşaqların sağlamlıqlarının qorunması günüdür. Tədbirdə məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək onları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib və uşaqlara əmin-amanlıq, sülh, xoş həyat arzuladı. Bildirdi ki, biz istəyirik gələcəyimiz möhkəm və sağlam təməllər üzərində qurulsun. Biz şiddətə və işgəncəyə YOX deyirik, Müharibəyə Yox deyirik.! Sülhə və barışa HƏ deyirik! Daha sonra tədbir şagirdlərin ifasında rəngarəng şerilər, mahnılar, rəqslərlə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi