“İnsan hüquqları aylığı ilə bağlı”, “İnsan hüquqları nə zaman pozulur”, eyni zamanda “Uşaqlar və zorakılıq” mövzularında seminar
Mayın 22-də məktəbin psixoloqu Sevinc Muradova tərəindən məktəbdə “İnsan hüquqları aylığı ilə bağlı”, “İnsan hüquqları nə zaman pozulur”, eyni zamanda “Uşaqlar və zorakılıq” mövzularında seminar keçirildi. Seminarda məktəbin psixoloqu Sevinc Muradova insan hüquqlarının qorunması sahəsində qanunvericilik, bu sahədə beynəlxalq təcrübə, Uşaq hüquqları Konvensiyası, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyəti barədə danışdı. Eyni zamanda “Uşaqlar və zorakılıq” mövzusunda ətralı məlumat verərək qeyd etdi ki, dünyada milyonlarla uşaq zorakı tərbiyə edilir, və kobudcasına təqid olunur. Çünki zorakılığın vurduğu zərər bütün ömrü boyu davam edə bilir və çox vaxt bir nəsildən sonrakı nəsilə ötürülür. Dünyanın bütün regionlarında istənilən yaşda olan uşaqların təhlükəsiz yaşamalı olduqları yerdə - öz evlərində və məktəblərində zorakılıqla üzləşməsi qəbuledilməzdir. Seminarda həmçinin bu cür tədbirlərin təşkili uşaqların hüquqlarının təmin edilməsində, onların qayğı ilə əhatə olunmasında və hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasında əhəmiyyəti vurğulandı.Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı. Mövzularla əlaqədar slayd və videoçarxlar nümayiş olundu.