"İstedad sorağında" musiqi yarışması

Mayın 19-da məktəb rəhbərliyinin iştirakı ilə I-VIII sinif şagirdləri arasında "İstedad sorağında" musiqi yarışmasının seçim mərhələsi keçirildi. Münsiflər heyətinin tərkibi məktəb rəhbərliyi və fənn müəllimlərindən ibarət idi. Yarışmanın nəticələrinə görə xüsusi istedadı ilə fərqlənən şagirdlər münsiflər heyəti tərəfindən II mərhələyə vəsiqə qazandılar. Yarış şagirdlərin tədris proqramında nəzərdə tutulmuş biliklərə yiyələnmə və müvafiq dünyagörüşü səviyyəsini sınamaq, musiqi sahəsində mənimsənilmiş nəzəri biliklərin tətbiqi bacarıqlarını yoxlamaq, həmçinin şagirdlər arasında təhsilə marağın artırılması məqsədilə keçirilmişdir. Nəzərinizə çatdıraq ki, musiqi yarışmasının final mərhələsi may ayının 30-da keçiriləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi