"Erkən nigaha yox deyək!"
Hal-hazırda respublikamızda erkən nigaha daxil olma aktual problemlərdən biri sayılır. Bu məqsədlə mayın 16-da məktəbdə "Erkən nigaha yox deyək!" adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, yuxarı sinif şagirdləri və valideynlər iştirak edirdilər. Tədbirdə məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, erkən nigahların baş verməsinin əsas səbəblərindən və fəsadlarından danışdı. Və erkən nigah problemini aradan qaldırmaq üçün hansı tədbirlərin maarifləndirici xarakter daşıdığını vurğuladı. Daha sonra şagirdlərin sualları cavablandırıldı. Onları maraqlandıran, düşündürən mövzular müzakirə edildi. Bu müzakirələrə qoşulan məktəbin direktoru Səbahət xanım şagirdlərimizə öz tövsiyyələrini verdi və belə maarifləndirici tədbirlərin tez-tez keçirilməsini vurğuladı. Tədbirdə erkən nigaha yox deyək və son illərdə respublikada qurulan erkən nigahlar haqqında statistik məlumatlar verən videoçarxlar göstərildi və şagirdlər tərəfindən səhnəciklər nümayiş olundu.