“Dərs” bədii filminin nümayişi

Mayın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində məktəbimizin bir qrup şagirdi üçün maarifləndirici “Dərs” bədii filmi nümayiş olundu. Tərbiyəvi və psixoloji janrda çəkilən filmin nümayişində əsas məqsəd məktəblilər arasında dostluğa sadiqlik, dürüstlük, mehribanlıq, cəmiyyətdə öz yerini tapmaq hissini aşılamaqdır. Nümayiş olunan film şagirdlər tərəfindən böyük maraqla izlənildi. Daha sonra şagirdlər Universtetin fakültələri və kitabxanası ilə tanış edildi. Bizə göstərdikləri diqqətə görə məktəb kollektivi və valideynlər adından Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyinə, müəllim, tələbə heyətinə öz minnətdarlığımızı bildiririk!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi