20 Yanvar faciəsinə həsr olunmuş tədbir

19 yanvar 2017-ci il tarixdə K.Məmmədov adına 209 №li tam orta məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi. Mərasimi giriş sözü ilə açan məktəb direktoru Arizə Mahmudova 1990-cı ilin 20 yanvarında Bakı şəhərində keçmiş Sovet dövləti rəhbərliyinin qərarı ilə törədilmiş faciə haqqında məlumat verdi. O, 20 Yanvarı təkcə faciə kimi deyil, xalqımızın qəhrəmanlıq tarixi kimi səciyyələndirdi. Tədbirdə çıxış edən məktəb müəllimləri (Rəsulova Vəfa, Quliyev Nadir) həmin dövrdə baş vermiş hadisələrə öz münasibətlərini bildirdilər. Onlar qeyd etdilər ki, 209 №li tam orta məktəb 20 Yanvar şəhidi, vaxtilə bu məktəbdə təhsil almış Kamal Məmmədovun adını daşıyır. Bu fakt şagirdləri dərindən düşündürməlidir. Onlar təhsildə və fəaliyyətdə K.Məmmədova bənzəməyə çalışmalıdır. Məktəb direktoru A.Mahmudova tədbirə yekun vuraraq mərasimin hazırlanmasında əməyi olan müəllimlərə və bədii hissədə öz çıxışı ilə diqqəti cəlb etmiş şagirdlərə təşəkkür etdi. O, 20 Yanvar təkcə yanvar ayında deyil, hər gün yada salmağı tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi