"Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi" və "Zərifə xanım Əliyevanın 100 illik yubileyi"nə həsr olunmuş tədbir

"Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi" və "Zərifə xanım Əliyevanın 100 illik yubileyi"nin qeyd olunması ilə əlaqədar olaraq, aprelin 28-də məktəbdə tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbirdə qonaq qismində Maştağa qəsəbəsinin Vətən müharibəsi şəhidlərinin valideynləri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səbahət Ağayeva Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından bəhs edərək ulu öndərin irsinin xalqımızın qəlbində əbədi yaşayacağını və onun hər zaman dahi şəxsiyyət kimi xatırlanacağını qeyd etdi.Ulu öndərin ən ümdə və müqəddəs arzularından birinin uzun illər işğal altında olan torpaqların azad edilməsi ilə bağlı olduğunu vurğulayan Səbahət Ağayeva bu istiqamətində Heydər Əliyev tərəfindən sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulduğunu bildirdi. O, müqəddəs missiyanın ümummilli liderin parlaq ideyalarının davamçısı, prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfəri ilə başa çatdırıldığını diqqətə çatdırdı. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini, müasir gənclik tərəfindən ulu öndərin siyasi irsinin daha dərindən öyrənilməsinin və gələcək nəsillərə ötürülməsinin önəmini vurğuladı. Daha sonra tədbir məktəb şagirdlərinin ifasında Ulu Öndər Heydər Əliyev haqqında şeir nümunələri, mahnılar dinlənilib, rəqslər nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi