Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın 100 illik yubileyləri ilə əlaqədar olaraq, Fəxri Xiyabandakı məzarları məktəb rəhbərliyi, müəllim kollektivi və bir qrup şagird tərəfindən ziyarət olundu

Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın 100 illik yubileyləri ilə əlaqədar olaraq, Fəxri Xiyabandakı məzarları məktəb rəhbərliyi, müəllim kollektivi və bir qrup şagird tərəfindən ziyarət olundu. Məktəb kollektivi Ümummilli Liderin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq Ulu Öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyiblər. Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub, məzarları üstünə gül dəstələri düzülüb. Qeyd edək ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. Müasir Azərbaycanın müstəqillik tarixini Heydər Əliyev olmadan təsəvvür etmək qeyri mümkün olardı. Xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində inkişafı məhz onun adı ilə bağlıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi