Nümunəvi dərs
Məktəbin Fəaliyyət planına əsasən fənnlər üzrə rəhbərlik tərəfindən dərslərin dinlənilməsi prosesi davam edir. Bu məqsədlə aprelin 13-də məktəbin direktoru Səbahət Ağayevanın və müəllimlərin iştirakı ilə azərbaycan dili fənnindən Bəsti Cəbrayılovanın 6 a sinfində dərsi dinlənildi. Dərsdə mövzu haqqında şagirdlərə ətraflı məlumat verildi. Dərsdə əyani vəsaitlərdən, təqdimatdan istifadə olunmuşdur. Müəllimin proqramı, icmalı və jurnalı yoxlanılmış, bunlar dərsin gedişinə uyğun idi. Sonda dərsin müzakirəsi aparılmışdır.