Nümunəvi dərsin müzakirəsi
Məktəbin Fəaliyyət planına əsasən fənnlər üzrə rəhbərlik tərəfindən dərslərin dinlənilməsi prosesi davam edir. Bu məqsədlə aprelin 11-də məktəbin direktoru Səbahət Ağayevanın və müəllimlərin iştirakı ilə 3 a, 4 c və 5 b siniflərində dərslər dinlənildi. Günün sonunda dərslərin müzakirəsi aparıldı. Müəllimlərin proqramı, icmalı və jurnalı yoxlanılmış, bunlar dərsin gedişinə uyğun idi. Dərslərin dinlənilməsində məqsəd dərsin müasir təlim metodlarına uyğunluğunu dəyərləndirmək idi.