Nümunəvi dərs
Məktəbin Fəaliyyət planına əsasən fənnlər üzrə rəhbərlik tərəfindən dərslərin dinlənilməsi prosesi davam edir. Bu məqsədlə aprelin 11-də məktəbin direktoru Səbahət Ağayevanın və müəllimlərin iştirakı ilə həyat bilgisi fənnindən Könül Həsənovanın 4 c sinfində dərsi dinlənildi. Dərsdə mövzu haqqında şagirdlərə ətraflı məlumat verildi. Dərsdə əyani vəsaitlərdən, təqdimatdan istifadə olunmuşdur. Müəllimin proqramı, icmalı və jurnalı yoxlanılmış, bunlar dərsin gedişinə uyğun idi. Sonda dərsin müzakirəsi aparılmışdır.