“Narkomaniyaya yox deyək!”
Aprelin 7-də Sabunçu Rayon Polis İdarəsi və 209 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı məktəbin akt zalında “Narkomaniyaya yox deyək!” adlı mövzusunda maarifləndirici tədbir keçirildi. Sabunçu rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Sədi İsmayılov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işik təşkili bölməsinin rəisi polis kapitanı Ata Atayev, Sabunçu rayon Polis İdarəsinin Narkomaniya ilə mübarizə şöbəsinin əməliyyat müvəkkili polis polkovnik-leytenantı Səlim Səlimov, Ailə, Qadın və Uşaq məslələri üzrə Dövlət Komitəsinin nümayəndəsi Həsən Əliyev, məktəbin şagird, müəllim kollektivi və valideynlər iştirak edirdilər. Tədbiri məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışaraq gələn qonaqları təqdim etdi. Sonra tədbir iştirakçıları narkotik vasitələrindən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər. Tədbir şagirdlərin hazırladıqları bədii-kompazisiya ilə davam etdi. Daha sonra tədbirdə müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verildi. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklə bağlı qəbul olunmuş yeni 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramından danışdı və ətraflı məlumat verildi. Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Sədi İsmayılov, Ailə, Qadın və Uşaq məslələri üzrə Dövlət Komitəsinin nümayəndəsi Həsən Əliyev çıxış edərək respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə danışdılar, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər, məktəblilərə, müəllimlərə və valideynlərə müəyyən tövsiyyələr verdilər. Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.