"İmtahan stressinin ölçülməsi" metodikası
Məktəbin "İllik Fəaliyyət planı"na uyğun olaraq məktəbimizin psixoloqu Muradova Sevinc tərəfindən lX siniflərlə "İmtahan stressinin ölçülməsi" metodikası işlənmişdir. Metodikanın məqsədi şagirdlərdə imtahan həyəcanın səviyyəsini müəyyən etmək və ona müvafiq tövsiyyələr hazırlamaqdan ibarətdir. Şagirdlərə "imtahana qədər" və " imtahan zamanı" başlığı altında müxtəlif vəziyyətlər təqdim olundu. IX sinif şagirdləri bu vəziyyətləri "belə hal baş verməyib, orta dərəcədə, aşağı səviyyədə, yüksək şəkildə" versiyalarından birini seçərək dərəcələndirməli idilər. Sorğuda şagirdlərin aktiv iştirakı müşahidə olundu. Nəticələr təhlil olunduqdan sonra müvafiq tədbirlər hazırlanacaqdır.