Valideyn iclası
Aprelin 4-də IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar məktəb rəhbərliyi tərəfindən şagirdlərin valideynləri, IX sinifdə Azərbaycan dili, ingilis dili və riyaziyyat fənnini tədris edən müəllimlər və sinif rəhbərlərinin iştirakı ilə iclas keçirilirdi. İclasda 2022/2023-cü tədris ilinin aprel ayının 9-da keçiriləcək lX siniflərin buraxılış imtahanları ilə bağlı məsələlər müzakirə olundu. İclası giriş sözü ilə açan məktəbin direktoru Səbahət Ağayeva IX sinif şagirdlərinin buraxılış imtahan nəticələrinin daim diqqət mərkəzində olması, bu nəticələrin məktəb fəaliyyətinin rəqəmlə ifadəsi olmaqla yanaşı, məktəbdə tədrisin real vəziyyətini göstərdiyini valideynlərin nəzərinə çatdırdı. Təlim-tərbiyə prosesi, şagirdlərin nizam-intizam qaydaları, dərsə gecikmə, davamiyyət haqqında da geniş məlumat verildi. Daha sonra valideyn-məktəb əməkdaşlığının vacibliyi vurğulanaraq, gənc nəslin şəxsiyyət kimi formalaşmasında bu əməkdaşlığın böyük rolu olduğunu bildirdi. Sonda valideynlərin sualları cavablandırıldı. Məktəbin direktoru Səbahət Ağayeva lX sinif valideynləri ilə mütaliə zamanı məktəbdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işlərin aparıldığını bildirdi. Bu da şagirdlərin buraxılış imtahanlarını müfəffəqiyyətlə verməsinə müsbət təsir göstərəcəyini bildirdi. Sonda valideynlərin istək və arzuları dinlənildi, verilən suallara ətraflı cavab verildi.