"Müasir dərsin quruluşu", "Dərsin təlim nəticələri" təqdimatları əsasında məktəbdə növbəti seminar

Aprelin 3-də məktəbin direktoru Səbahət Ağayevanın rəhbərliyi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə tərəfindən məktəbə təqdim olunan "Müasir dərsin quruluşu", "Dərsin təlim nəticələri" təqdimatları əsasında məktəbdə növbəti seminar keçirildi. Seminarda məktəbin inzibati və pedoqoji heyəti iştirak edirdi. Məktəbin direktoru Səbahət Ağayeva tərəfindən nümayiş olunan təqdimatlar əsasında verilən suallar ətrafında müəllimlər ilə fikir mübadiləsi aparıldı və onları maraqlandıran suallar cavablandırıldı. Pedoqoji kollektivə müasir dərsin addımları slayd üzərində nümayiş etdirildi. Həmçinin məktəbin ibtidai sinif müəllimi Ruhanə Yaqubovanın hazırladığı nümunəvi dərs nümayiş olundu. Seminarın keçirilməsində əsas məqsəd məktəbin pedoqoji heyətinin müvafiq sahə üzrə bilik və bacarıqlarının yülsəldilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi