“31 mart soyqırımını unutmayaq, unutdurmayaq” adlı seminar
Bu gün məktəbimizdə “31 mart soyqırımını unutmayaq, unutdurmayaq” adlı seminar keçirildi. Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlayan seminarı giriş sözü ilə məktəbin ingilis dili müəllimi Mehriban Qasımova açdı. O, soyqırım barədə qısa məlumat verdikdən sonra sözü sagirdlərə verdi. ”Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi “, ”Mart qırğınına hazırlıq”, “Bakı qırğınları haqqında”,” Şamaxı qırğınları “ və “ Quba soyqırımı” haqqında şagirdlər çıxış edərək məlumat verdi. Digər ərazilərimizdə baş verən erməni vəhşilikləri barədə danışıldı. O, qırğınlara əsl qiymətin Ulu öndər Heydər Əliyev tərəfindən verildiyi, Ulu öndərin fərmanı ilə 31 mart gününü Azərbaycanlıların soyqırımı günü elan etdiyi vurğulandı. Daha sonra izləyici şagirdlərin sualları cavablandırıldı, fikirləri dinlənildi.