Məktəbimizdə "Ekoloji aylıqlar" layihəsi davam edir

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində məktəbimizin işlənib, hazırlanmış fəaliyyət planına uyğun olaraq, növbəti dəyirmi masa coğrafiya müəlliməsi Novruzova Könülün rəhbərliyi ilə VI a və VI b sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir. Dəyirmi masada şagirdlərimiz “Ekologiya və İqtisadiyyat” mövzüsu ətrafında müzakirə təşkil etmişdir. VI sinif şagirdlərinin mövzüya dair apardığı araşdırmaya əsasən çıxışlar etmişlər. Dəyirmi masa zamanı mövzüya aid şagirdlərin hazırladıqları təqdimatlar nümayiş etdirilmişdir. Tədbir zamanı VIII b sinif şagirdi Məmmədova Zümrüdün hazırladığı təqdimat VI sinif şagirdlərinin marağına səbəb olmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi