Vətən müharibəsinin şəhidi Səmədov Məhərrəm Elxan oğlunun ad günü

44 günlük Vətən müharibəsində şücaətlə döyüşən, torpaqların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə əvəzsiz rolu olan qəhrəmanlardan biri də məktəbimizim məzunu Səmədov Məhərrəm Elxan oğludur. Martın 27-də Vətən müharibəsinin şəhidi Səmədov Məhərrəm Elxan oğlunun ad günü ilə əlaqədar olaraq, şəhidin məzarı məktəb rəhbərliyi, şəhid valideynləri, müəllim heyəti və bir qrup şagird tərəfindən ziyarət olundu. Zİyarət zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Daha sonra məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, hər bir Azərbaycan vətəndaşı vətəninin qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək bizim borcumuzdur dedi. Nəzərinizə çatdıraq ki, Səmədov Məhərrəm 24 oktyabr 2020-ci il tarixində Ağdərə rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi