İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn məktəbimizin şəhid məzunu Səmədov Məhərrəm Elxan oğlunun ad günü

Martın 27-də Sabunçu rayonu, Maştağa qəsəbə sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn məktəbimizin şəhid məzunu Səmədov Məhərrəm Elxan oğlunun ad günü məktəbdə şəhidin ailə üzvləri, şəhid valideynləri, müəllim kollektivi və valideynlər ilə birlikdə qeyd olundu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri çıxış sözü ilə açan məktəbin direktoru Səbahət Ağayeva şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etdi. Tədbirdə çıxış edənlər şəhid Səmədov Məhərrəmin keçdiyi qısa və mənalı həyat yolundan söz açıb, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdilər. Şəhidimizin doğum günündə məktəbimizin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər, mahnılar söyləyib, səhnəciklər nümayiş etdirdilər. Şəhidin atası Səmədov Elxan bu gün şəhid oğlunun ad günündə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi