Məktəb rəhbərliyi Novruz bayramını şəhid valideynləri ilə birlikdə qeyd etdi.

Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyub. Novruz bayramının adət-ənənələrindən biri də bu bayramda böyüklər ziyarət olunur və bayramları təbrik edilir. Bu məqsədlə martın 22-də məktəb rəhbərliyi Novruz bayramını şəhid valideynləri ilə birlikdə qeyd etdi. Şəhidlərimiz kimi, onların valideynləri, xanımları, övladları da hər birimiz üçün dəyərlidir. Belə günlərdə şəhidlərimizin xatirəsini yad etmək, onların ailəsi ilə birgə olmaq və üzlərində azda olsa sevincə səbəb olmaq hər birimizin borcudur. 209 nömrəli tam orta məktəbin rəhbərliyi və kollektivi tərəfindən 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğullarımız, onların ailələri daim yad olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi