"Elimizə bahar gəlir" adlı novruz şənliyi keçirildi.
Martın 17-də məktəbin həyətində "Elimizə bahar gəlir" adlı novruz şənliyi keçirildi.Bayram tonqalı alovlandırıldaqdan sonra məktəbin direktoru Səbahət Ağayeva tədbiri açıq elan edərək, şagirdləri və müəllim kollektivini xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik etdi, sülh və əmin-amanlıq, ruzi və bərəkət ilə dolu il arzuladı. Azərbaycanda bu bayramın çox qədim zamanlardan əsl milli bayram kimi qeyd edildiyini, bolluğun, bərəkətin, xeyirxahlığın təcəssümü olduğunu söylədi. Sonra şagirdlər hazırladıqları bayram əhval-ruhiyyəli proqramla tədbir iştirakçılarını sevindirdilər. Novruz personajları Kosa və Keçəlin mərasimə gəlməsi isə bayram tədbirinə rəng qatdı. Keçəl və Kosa çıxışlarının sonunda Bahar qızını mərasimə dəvət etdilər. Çıxışlarda Novruz bayramına aid bayatılar, şeirlər və musiqilər səsləndi. Şagirlərin hazırladığı rəqslər, şən mahnılar, səhnəciklər qonaqlara əsl bayram abu-havası hiss etdirdi. Tədbir məktəb həyətində hazırlanmış bayram tonqalın ətrafında yallı rəqsi ilə yekunlaşdı. 209 nömrəli tam orta məktəbin kollektivi adından bütün azərbaycanlıları bu xoş bahar bayramı münasibəti ilə təbrik edir, süfrələrinin xeyir və bərəkətli olmasını arzulayırıq. BAYRAMINIZ MÜBARƏK OLSUN!