ll b və lll b sinif şagirdlərinin birgə hazırladığı Novruz şənliyi

Martın 17-də ll b və lll b sinif şagirdlərinin birgə hazırladığı Novruz şənliyi məktəbin akt zalında keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Daha sonra canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səbahət Ağayeva tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi və Novruz bayramının tarixi kökləri, qeyd edilmə adətləri haqqında məlumat verdi. Tədbirdə şagirdlərin iştirakı ilə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, səhnəciklər nümayiş etdirildi. Xüsusilə məktəbin şagirdlərinin söylədikləri Novruz şeirləri, Kosa-Keçəlin səhnəcikləri , müxtəlif musiqi nömrələri tədbir iştirakçılarında böyük maraq yaratdı. "Bahar çələngi" layihəsi çərçivəsində məktəbin şagirdləri bayramı tərənnüm edən Novruzun gözəl adətlərinə həsr edilmiş İlaxır çərşənbəni qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi