9-cu siniflərdə keçirilən monitorinqlərin nəticələrinin müzakirəsi

2022/2023-cü tədris ilinin sentyabr ayından 9-cu siniflərin buraxılış imtahanına hazırlığı məqsədilə məktəbdə komissiya yaradılmışdır. Məktəb rəhbərliyi tərəfindən tərtib olunmuş cədvələ əsasən fənn müəllimləri şagirdlərlə mütəmadi məşğul olmuş, monitorinqlər keçirilmiş və hər həftə bu gedişatın yoxlanılması məqsədilə iclaslar keçirilmişdir. 9-cu siniflərdə keçirilən monitorinqlərin nəticələrinin müzakirə edib güclü və zəif tərəflərini aşkar etmək, şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış fənləri üzrə keyfiyyəti artırmaq, məktəb özünüqiymətləndirməsini formalaşdırmaq məqsədilə martın 15-də məktəb rəhbərliyi və 9-cu siniflərdə dərs deyən buraxılış imtahanı üzrə fənn müəllimləri və həmin siniflərdə əlavə hazırlıq məşğələsi keçən müəllimlərin iştirakı ilə iclas keçirildi. İclasda 9-cu siniflərdə keçirilən sınaq və monitorinqlərin nəticələri müzakirə olundu və nəticələri yüksəltmək üçün müzakirələr aparıldı. Fənn müəllimlərinə nəticəni yaxşılaşdırmaq üçün tövsiyyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi