Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş dəyirmi masa
Martın 14-də məktəbin tarix müəllimi Mehriban Poladovanın iştirakı ilə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada çıxış edən Mehriban Poladova Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli müqəddəratının həlli istiqamətindəki misilsiz xidmətlərindən danışaraq, 2023-cü təqvim ilinin “Heydər Əliyev İli” kimi qəbul olunmasını Ulu Öndərə sədaqətin bariz nümunəsi kimi qeyd etdi. Bildirdi ki, siyasi fəaliyyəti boyunca Azərbaycan xalqına bağlı olan, onun müstəqilliyi, inkişafı və parlaq gələcəyi naminə durmadan çalışan, dövlətçilik ənənələrimizi azərbaycançılıq ideologiyasının prinsipləri ilə cilalayan Heydər Əliyev irsinin öyrədilməsinin əhəmiyyəti böyükdür.